Məxfilik Siyasəti
1. Əsas Məlumatlar
1.1. 2 School (Bundan sonra “Biz”) olaraq Biz, partynorlarımız və istifadəçilərimizin fərdi məlumatlarının saxlanmasını, emalını və həmin fərdi məlumatların mühafizəsini həyata keçiririk.
1.2. Biz sizinlə bağlı olan bütün informasiyaları idarə edən yeganə informasiya idarəedicisiyik. Biz informasiyasının necə, nə üçün və harada istifadə olunması ilə bağlı qərarları qəbul edir, kompleks olaraq xidmətlərin göstərilməsi məqsədilə həmin məlumatları informasiyaların data bazamızda saxlayır və təhlükəsizlik baxımından mühafizə edirik.
1.3. Sizin fərdi məlumatlarınızın, istifadə tarixçənizin data bazamızdan silinməsini tələb etmək hüququnuz vardır.
2. Haqqımızda
2.1. Biz, istifadəçilərimizə mobil tətbiqimizdə əks edilən müvafiq xidməti seçərək sifarişi verməsi üçün, əməkdaşlıq etdiyimiz partnyorlar isə istifadəçilərin sifarişlərini görüb, onlara xidmət göstərə bilməsi üçün mobil tətbiq təqdim edirik.
2.2. Həmin bu xidmətlərin icrası elektron mühitdə yerləşən mobil tətbiq vasitəsilə həyata keçirilir.
2.3. Bu xidmətlərimizdən istifadə edərkən İstifadəçilər öz İstifadəçi Hesablarına, Partnyorlar isə Partnyor Hesablarına daxil olurlar. İstifadəçilər və Partnyorlar bizim platformalarımızdan istifadə edərkən onlara aid bəzi fərdi məlumatlar, bu siyasətdə nəzərdə tutulan məqsədlər üzrə tərəfimizdən yığılaraq emal edilir və saxlanır.
2.4. Əgər bu məxfilik siyasəti ilə bağlı hər hansı sualınız yaranarsa elektron poçtu sara.khalilova@sabahhub.com və əlaqə nömrələri vasitəsilə bizim müştəri xidmətləri ilə əlaqə saxlaya bilərsiniz.
3. Məxfilik Siyasətinə Razılıq
3.1. Siz Məxfilik Siyasətini qəbul edərək xidmətlərimizin təqdim olunması və siz tərəfdən istifadəsi üçün zəruri olan məlumatların biz tərəfdən yığılmasına və istifadəsinə razılıq verirsiniz.
3.2. Hüquqi öhdəliklərimizin hərtərəfli icrası üçün sizə aid fərdi məlumatlardan istifadəyə dair ümumi məqsədlərimiz:
3.2.1. Layihəmizin idarə olunması və tərəfimizdən sizə təqdim olunan xidmətlərin hərtərəfli və keyfiyyətli şəkildə icrası;
3.2.2. Araşdırmalar və analitik analizlərin aparılması;
3.2.3. Daxili yoxlamalarının həyata keçirilməsi;
3.2.4. Məlumatların əldə edilmə zəruriliyi;
3.2.5. Qanun ilə və ya müvafiq dövlət orqanı tərəfindən fərdi məlumatların tələb edilməsi.
3.3. Bundan əlavə, sizin sorğularınıza cavab vermək məqsədilə, həmçinin xidmətlərlə bağlı və digər əlaqəli yeniliklərin sizə təqdim olunması üçün lazımi məktubların email ünvanınıza göndərilməsi, telefon nömrələrinizə zəng etməyimizə razılıq verirsiniz.
3.4. Bu Məxfilik Siyasəti bizim tərəfimizdən yığılan informasiyalara şamil olunur. Bu zaman sizin fərdi məlumatların təqdim olunması və onun doğruluğu sizdən asılıdır və doğruluğuna dair məsuliyyəti siz daşıyırsınız. Yanlış qeyd olunmuş informasiya, məsələn email ünvanı, bizim sizinlə əlaqə yaratmağımıza mane ola bilər.
3.5. Əgər bizim məlumatların yığılmasına dair siyasətimiz sizi qane etmirsə, siz məlumatların yığılması üçün verdiyiniz razılıqları geri ala bilərsiniz. Bu siyasət və siyasət üzrə razılıq, məlumatlarınızı yığmağımız üçün əsas qanuni bazadır. Siz həmçinin fərdi məlumatlarınızın tərəfimizdən emal edildiyinə, fərdi məlumatlarınızın üçüncü şəxslərə ötürülməsinə, emal edilmənin əvvəlcədən müəyyənləşdirilmiş məqsədlərə uyğun istifadəsinə dair məlumat əldə edə, qüvvədə olan qanunvericiliyə və məqsədlərə zidd şəkildə emal ilə bağlı isə etiraz edə bilərsiniz.
3.7. Fərdi məlumatlarınızı sadəcə mobil tətbiqimizdən və xidmətlərimizdən istifadə ərzində, lazımi müddət ərzində, bildirdiyimiz məqsədlərə çatmaq üçün saxlayırıq, həmin müddətlərin başa çatması ilə fərdi məlumatları saxlamağımıza əsas olacaq heç bir səbəb olmadıqda İstifadəçi və Partnyor öz hesabının silinməsini tələb edərək məlumatların məhv edilməsini tələb edə bilər.
4. Məxfilik Siyasətinin əhatə dairəsi
Fərdi Məlumatların ümumi əhatə dairəsi:
4.1. Elektron və telefon məlumatları – Xidmətlərimizdən, mobil tətbiqdən istifadə etdiyiniz zaman sizin hansı ardıcıllıqla səhifələrə daxil olduğunuz, daxil olduğunuz cihaz, həmin cihaza dair daxili məlumatlar, IP adresiniz, istifadə etdiyiniz əməliyyat sistemi və brauzer proqramı məlumatlarınız serverimizdə yadda saxlanılır.
4.2. Şəxsi və əlaqə məlumatları – Xidmətlərimizdən istifadə edən şəxslərin ad, soyad, cinsiyyət, elektron poçt, telefon nömrəsi, qonaqların siyahısı, adlar, onlayn dəvətnamədə əks edilən məlumatlar, fotoqraf tərəfindən çəkilən şəkillərin linki kimi məlumatlarını toplayırıq.
Fərdi Məlumatların İstifadəçilər üçün nəzərdə tutulmuş əhatə dairəsi:
4.3. İstifadəçi məlumatları – Elektron məlumatlar əldə edildikdən sonra qeydiyyatdan keçərkən seçilən İstifadəçinin e-poçt ünvanı, telefon nömrəsi, və şifrələr haqqında məlumatları təhlükəsizlik məqsədləri ilə toplayırıq.
Fərdi Məlumatların Partnyorlar üçün nəzərdə tutulmuş əhatə dairəsi:
4.4. Qeydiyyat prosesi zamanı tərəfimizdən yığılan məlumatlar –Partnyorların adları soyadları, parol, e-poçt ünvanları, telefon nömrələri, partnerlik kateqoriyaları, şirkətin adı və qısa təsviri, loqo və banner məlumatları , ünvan məlumatlar bizim tərəfimizdən yığılır.
5. Fərdi məlumatların əldə edilməsinin xüsusi məqsədləri
5.1. Endirim, təşviqat kampaniyalarının, bonusların, promokodların idarə edilməsi;
5.2. Fərdi məlumatların və hüquqpozmalar çərçivəsində hüquq-mühafizə orqanlarına dəstəyin göstərilməsi;
5.3. Həm daxili, həm də üçüncü tərəflər vasitəsilə məxfi şəkildə statistik təhlillərin, bazar araşdırmalarının aparılması və tərtib edilməsi;
5.4. Hesabınızın, elektron kabinetinizin yaradılması və idarə edilməsi;
5.5. Reklam, xəbərlər, kampaniyalar, endirim kuponları və digər məlumatların sizə çatdırılması;
5.6. İstifadəçilərlə kommunikasiyamızın daha da yaxşılaşdırılması, xidmətlərimizin, elektron platformamızın inkişaf etdirilməsi;
5.7. Xidmətlər, sifarişlər, və 2 School ilə əlaqəli digər əməliyyatların idarə edilməsi;
5.8. Mobil tətbiqımızın səmərililiyinin artırılması və istifadəçi təcrübəsinin daha da təkmilləşdirilməsi;
5.9. Yeniliklər, yeni xidmətlər, təkliflər barəsində istifadəçilərin xəbərdar edilməsi;
5.10. Zərurət yarandıqda yeni biznes fəaliyyətlərinin idarə edilməsi;
5.11. Hüquqazidd əməliyyatlar, dələduzluq və bu kimi digər cinayətkarlıq fəaliyyətlərinin qarşısının alınması;
5.12. İstifadəçilərə xəbərlərin göndərilməsi, mobil tətbiqdan istifadədə dəstək göstərilməsi və digər məqsədlər üçün fərdi məlumatların yığılmasını və işlənilməsini həyata keçiririk.
6. Fərdi Məlumatların ötürülməsi
6.1. Sizin tərəfinizdən və ya üçüncü şəxslər tərəfindən bizə daxil olan fərdi məlumatlarınız tərəfimizdən sizə yüksək səviyyədə xidmət göstərilməsi üçün istifadə olunacaqdır. Texniki dəstəyin göstərilməsi, xidmətlərimiz barədə məlumatların sizə çatdırılması, bizim sizinlə əlaqə saxlamağımız, və ya müraciətinizə cavab verilməsi və sairə xidmətlərin göstərilməsi üçün zəruri hərəkətlər daxildir.
6.1.1. Biz mobil tətbiqdə əks olunması üçün Partnyorların əlaqə nömrəsi, ünvanı, bannerə yüklədikləri şəkilləri paylaşacağıq.
6.2. Fərdi məlumatlarınız qanunla bizdən tələb olunduğu hallarda müvafiq dövlət qurumlarına tərəfimizdən göndərilə bilər.
6.3. Hər hansı qanun pozuntusu şübhəsi olarsa, qanunsuz fəaliyyətin qarşısının alınması və istifadəçilərimizin təhlükəsizliyini təmin etmək üçün bəzi informasiyaları müvafiq qurumlarla paylaşa bilərik.
7. Yığılmış Məlumatların Məhv Edilməsi
7.1. Siz xidmətlərimizdən istifadə etdikdən sonra fərdi məlumatlarınızın silinməsini bizdən tələb edə bilərsiniz. Bunun üçün bizim məlumat məqsədli yaradılmış elektron poçtumuza müraciət etməlisiniz. Müraciətinizdən sonra Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası qanunun 9.4-cü maddəsi çərçivəsində sizə aid bütün fərdi məlumatları serverlərimizdən silinəcək.
7.1.1. Hüquqi tələblər əsasında bəzi məlumatlarınız, həmin məlumatların saxlanmasına dair zərurətin hələ də qüvvədə olması əsası ilə sizin müraciətinizdən sonra silinməyə bilər.
7.2. Sizə aid fərdi məlumatların təhlüksizliyinə dair şübhə və qüsur yarandığı hallarda, fərdi məlumatlarınızın mühafizəsi üçün ağlabatan bütün zəruri və qabaqlayıcı tədbirləri həyata keçirəcəyik.
8. Dəyişikliklər
8.1. Biz Məxfilik Siyasətinə vaxtaşırı dəyişikliklər edə bilərik. Məxfilik Siyasətinin yeni forması mobil tətbiqdə yerləşdikdən sonra qüvvəyə minir.
8.2. Məxfilik Siyasətinin yeni formasını dərc etdikdən sonra mobil tətbiqin davamlı istifadəsi İstifadəçinin bütün dəyişiklikləri qəbul etməsi və razılaşması deməkdir. İstifadəçi verilən dəyişikliklərlə razılaşmırsa, mobil tətbiqə girişdən imtina etməli, və xidmətlərindən istifadəni dayandırmalıdır.
9. Bizimlə necə əlaqə saxlamaq olar?
9.1. Əlavə məlumat üçün və ya bu Məxfilik Siyasəti ilə bağlı hər hansı bir sualınız varsa, aşağıdakı elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlayın:
Email: sara.khalilova@sabahhub.com
Poçt: AZ1003
Telefon: +994102521729
Location Data
Our app collects and uses location data to provide core functionality, such as real-time GPS tracking for student transportation. This includes accessing precise and background location data to ensure accurate route tracking, timely updates for parents, and optimized navigation for drivers. Location data is processed securely and is not shared with third parties unless required by law or as part of the core functionality of the service (e.g., sharing the location of the school bus with parents or school administrators).
We retain location data only for as long as it is necessary to provide the services described and comply with legal requirements. Users can manage their location permissions in their device settings at any time.
Mən, Məxfilik Siyasətini oxudum və qəbul edirəm